Yaxın Şərqdə gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti son həftələrin ən yüksək səviyyələrindən birinə qalxıb.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti 97,5 dollar səviyyəsinə qədər yüksəlib. Bazarlarda əsas narahatlıq ABŞ və İran arasında qarşıdurmanın enerji infrastrukturuna və neft daşımalarına təsir göstərə biləcəyi ilə bağlıdır.
İnvestorlar hesab edirlər ki, Yaxın Şərqdə hərbi əməliyyatların genişlənməsi enerji təchizatında problemlər yarada və bununla da dünya üzrə inflyasiya təzyiqini gücləndirə bilər.
Neft qiymətlərindəki artım nəqliyyat, logistika və istehsal xərclərinin yüksəlməsi ilə nəticələnə bilər. Bu isə qlobal iqtisadiyyat üçün əlavə risk hesab olunur.
//Samir Qurbanov, Editor.az

