Birləşmiş Ərəb Əmirlikləri enerji ixracının və ticarət marşrutlarının təhlükəsizliyini təmin etmək məqsədilə alternativ yolların yaradılması üzərində işləyir.
Editor.az xəbər verir ki, BƏƏ rəsmilərinin bildirdiyinə görə, məqsəd ölkənin enerji ixracının regionda davam edən ABŞ-İran qarşıdurmasından asılı vəziyyətə düşməsinin qarşısını almaqdır.
Körfəz regionunda artan hərbi gərginlik neft və qaz daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. BƏƏ isə alternativ logistika və ticarət marşrutlarının inkişaf etdirilməsini risklərin azaldılması üçün əsas vasitələrdən biri hesab edir.
Ekspertlər bildirirlər ki, regionda uzunmüddətli qarşıdurma enerji bazarında yeni qiymət dalğalanmalarına səbəb ola bilər.
//Samir Qurbanov, Editor.az

