Rusiya Sankt-Peterburqdakı Almaniya konsulluğunu bağlayırbackend

Rusiya Sankt-Peterburqdakı Almaniya konsulluğunu bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Moskvanın qərarının Almaniya ilə Rusiya arasında son dövrlərdə artan diplomatik gərginlik fonunda qəbul edildiyi bildirilir. Tərəflər arasında qarşılıqlı diplomatik addımlar və ittihamlar münasibətlərin daha da pisləşməsinə səbəb olub.

Rusiya bu qərarı Almaniyanın əvvəlki addımlarına cavab kimi təqdim edib. Berlin və Moskva arasında münasibətlər Ukrayna müharibəsi başlayandan sonra ciddi şəkildə gərginləşib.
Diplomatik nümayəndəliklərin fəaliyyətinin məhdudlaşdırılması iki ölkə arasında siyasi dialoqun daha da çətinləşə biləcəyinə dair siqnallar verir.

//Samir Qurbanov, Editor.az