Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar varbackend

Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər 07:30-da Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Həsən Vəli oğlu Quliyev 90-MK-953 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Hadisə nəticəsində H.Quliyev və sərnişini Rahidə İmamverdi qızı Abdullayeva həlak olublar, avtomobildə olan dörd sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.