“Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib”.
Editor.az xəbər verir ki, bu nəticələr PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.
Məlumata görə, Bakı üzrə PISA qiymətləndirməsinin son üç dövrünün nəticələri müqayisə edilib. 2018-ci ildə riyazi savadlılıq üzrə 420 bal, təbiət elmləri üzrə 398 bal, oxu savadlılığı üzrə isə 389 bal nəticə göstərilib.
2022-ci ildə bu göstəricilər müvafiq olaraq 397, 380 və 365 bala düşüb.
PISA 2025-də isə Bakı üzrə riyazi savadlılıq 460 bala, təbiət elmləri 440 bala, oxu savadlılığı isə 405 bala yüksəlib.
Beləliklə, 2018-ci illə müqayisədə 2025-ci ildə riyazi savadlılıq üzrə 40 bal, təbiət elmləri üzrə 42 bal, oxu savadlılığı üzrə isə 16 bal artım qeydə alınıb. Üç istiqamət üzrə orta artım 32.7 bal, yəni təxminən 33 bal təşkil edir.
Təqdimatda qeyd olunub ki, Bakı üzrə PISA 2018 nəticələri ilə müqayisədə orta hesabla 35 bal yüksəlib.
Qeyd edək ki, PISA 2018-də Azərbaycan yalnız Bakı üzrə təmsil olunduğu üçün əsas müqayisə meyarı Bakı nəticələridir. PISA 2025-də isə Azərbaycanın ümumi nəticələri ölkə üzrə qiymətləndirməni əks etdirir.

