Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya prosesinin 2031-ci ilə qədər tamamlanmasını hədəflədiyini bildirib.
Editor.az xəbər verir ki, Paşinyan bu məqsədi Ermənistanın qarşısında duran əsas vəzifələrdən biri kimi qeyd edib.
Ermənistan hökumətinin başçısı Azərbaycanla sülh sazişinin imzalanması ilə yanaşı, sənədin ratifikasiyasının da müəyyən edilmiş müddət ərzində başa çatdırılmasını planlaşdırdığını vurğulayıb.
Beləliklə, Paşinyanın açıqlamasına görə, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və ratifikasiya prosesinin yekunlaşdırılması üçün hədəf tarix 2031-ci ildir.

