Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında təşkilatın VII Zirvə Görüşündə qəbul olunacaq qərar və bəyanat layihələri razılaşdırılıb.
Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Oktyabrın 14-də baş tutan iclasda oktyabrın 15-də keçiriləcək zirvə görüşünün gündəliyində yer alan sənədlər müzakirə olunub. Həmçinin Azərbaycanın son iki ildə AQEM-ə sədrliyi dövründə görülən işlər, üzv dövlətlər arasında əməkdaşlığın gələcək istiqamətləri və təşkilati məsələlər nəzərdən keçirilib.
İclasın sonunda razılaşdırılmış sənəd layihələrinin AQEM-in VII Zirvə Görüşünə təqdim edilməsi barədə qərar qəbul olunub.

