Trampdan İranla bağlı sensasiyalı açıqlama: Məndən söz aldılarbackend

Trampdan İranla bağlı sensasiyalı açıqlama: Məndən söz aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin ondan bu ölkənin rəhbər şəxslərinə qarşı yenidən ölümcül hücumlar həyata keçirməyəcəyinə dair vəd aldığını bildirib.

Editor.az-ın məlumatına görə, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.

“Onların (İranın – red.) liderləri ölüblər. Problemlərdən biri də məhz budur. Bəlkə də, mən çox irəli getdim. İndi kiminlə iş görəcəyimi belə bilmirəm. Birinci dərəcəli rəhbərləri öldürüldükdə, ikinci dərəcəliləri seçdilər. İkinci dərəcəlilər öldürüldükdə isə, üçüncü dərəcəliləri gətirdilər. Onların yarısı artıq həyatda yoxdur. Məni bir daha heç kimi öldürməyəcəyimə dair söz verməyə məcbur etdilər və mən [bunu] etdim. Onlara vəd verdim, ancaq heç kim İran İslam Respublikasının prezidenti olmaq istəmir. Kim İranın prezidenti olmaq istəyər? Zəhmət olmasa, əlinizi qaldırın”, – deyə ABŞ lideri Arizona ştatında tərəfdarları qarşısında çıxış edərkən vurğulayıb.

O, bir daha qeyd edib ki, əgər Tehranın nüvə silahı olsaydı, Birləşmiş Ştatların qərb hissəsinə zərbə endirərdi.

“Biz əmin olmalıydıq ki, İranda nüvə silahı yoxdur, çünki bildiyiniz kimi, onlar uzun illərdir terrorizmin əsas sponsoru olan ölkə hesab edilirlər. Əgər onlarda nüvə silahı olsaydı, bunu 24 saat ərzində tətbiq edərdilər. Onlar Yaxın Şərqi məhv edərdilər. Daha sonra isə bizim qərb sahillərimizi vurmağa başlayardılar. Avropaya da zərbələr endirərdilər, çünki onlar dəlidirlər”, – deyə Tramp iddia edib.