Amerikalı aktrisa Keyli Kuoko ikinci övladını dünyaya gətirib.
Editor.az xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə paylaşım edərək qızının doğulduğunu açıqlayıb.
Kuokonun sözlərinə görə, körpə oktyabrın 12-də dünyaya gəlib. Lakin sevindirici xəbər ictimaiyyətə bir neçə gün sonra məlum olub. Aktrisa qızına Filomena Karmayn Bobbi adını verib.
Aktrisa paylaşımında ikinci dəfə ana olmaqdan duyduğu xoşbəxtliyi ifadə edib və ailəsinə bəxş edilən bu sevincin sözlərlə ifadə olunmasının çətin olduğunu bildirib.
Xəbərdən sonra Kuokonun pərəstişkarları və həmkarları onu təbrik ediblər. Təbriklərə “The Big Bang Theory” serialının aktyorları Kunal Nayyar, Kevin Sasmən, Saymon Helberq və Melissa Rauş da qoşulublar.
Keyli Kuoko 2022-ci ildən aktyor Tom Pel fri ilə münasibətdədir. Cütlüyün 2023-cü ildə Matilda Karmayn Riçi adlı qızları dünyaya gəlib. Yeni doğulan körpə onların ikinci övladıdır.
Aktrisa daha çox “The Big Bang Theory” serialında Penni obrazı ilə tanınır. Onun filmoqrafiyasına 70-dən çox layihə daxildir. Kuoko “Charmed”, “The Flight Attendant” və digər ekran işlərində də rol alıb. O, 2019-cu ildən etibarən “Harley Quinn” animasiya serialında baş qəhrəmanı səsləndirir.
//Gülnarə Abasova, Editor.az

