Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.
Oxu.Az xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.
Xatırladaq ki, Cəbrayıl Eldar oğlu Xanlarov 1972-ci il noyabrın 3-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.
Yusif Mahmud oğlu Nəbiyev 1982-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

