Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkənin nüvə silahlanması yarışına qoşula biləcəyi ilə bağlı açıqlamalarını diqqətlə izləyib.
“Əlbəttə ki, biz bu açıqlamanı nəzərə alırıq” – Dmitri Peskov bildirib. Kreml sözçüsü nüvə təhlükəsizliyinin təməl daşı olan nüvə silahının yayılmaması rejiminin mövcudluğunu bir daha təkrarlayıb.
Qeyd edib ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Ankaranın regionda güc balansında kəskin dəyişiklikdə maraqlı olmadığını bildirmişdi. Yaxın Şərqdə nüvə silahları peyda olarsa, Türkiyə də bu silahlanma yarışına qoşulmağa məcbur ola bilər.
//Samir Qurbanov, Editor.az

