Hakimin sualına Ramiz Mehdiyevdən gözlənilməz reaksiyabackend

Hakimin sualına Ramiz Mehdiyevdən gözlənilməz reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib.

Editor.az bildirir ki, Gununsesi.info-nun əldə etdiyi eksklüziv məlumata görə, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təklif edib.

Lakin evindən online qaydada prosesə qatılan Ramiz Mehdiyev hakimin “Məhkəmədən xahişiniz nədir?” sualına susqunluq nümayiş etdirib.

Hakim sualı bir daha təkrar etdikdən sonra Mehdiyevin yanında olan şəxslərdən biri ona hakimin dediklərini izah edib.

Bundan sonra Ramiz Mehdiyev kameraya qəzəbli baxışlarla baxsa da, susqunluq nümayiş etdirib.

Yaranmış situasiyanı isə onun vəkili dəyişib. Belə ki, vəkil müdafiə tərəfinin mövqeyinin məhkəməyə yazılı təqdim edəcəyini deyib.

Mənbənin sözlərinə görə, hökm oxunandan sonra da Ramiz Mehdiyev hər hansı formada reaksiya verməyib və susqunluğunu davam etdirib.