backend

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Editor.az xəbər verir ki, bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, hələlik onun yerinə hər hansı təyinat olmayıb.

Bundan başqa, İdarənin rəis müavinləri – Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.

Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.