Həkimlər demensiyanın ilkin əlamətlərini açıqlayıblar: hansı hallarda mütəxəssisə müraciət etmək lazımdır?backend

Həkimlər demensiyanın ilkin əlamətlərini açıqlayıblar: hansı hallarda mütəxəssisə müraciət etmək lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demensiyanın ilkin simptomları arasında yaddaş zəifliyi, gündəlik həyatda istifadə olunan sözləri xatırlamaqda çətinlik və insanın əvvəlki davranışlarından fərqlənən dəyişikliklər yer alır.

Editor.az-ın “İzvestiya” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə psixiatrik klinikanın rəhbəri, tibb elmləri namizədi Ruslan İsაეv məlumat verib.

Mütəxəssisin sözlərinə görə, narahatlıq doğuran əlamətlərdən biri insanın gündəlik istifadə etdiyi əşyaların adlarını xatırlaya bilməməsidir. Məsələn, şəxs televizorun pultunun adını unuda, sözləri qarışdıra və ya yaxın zamanda baş vermiş hadisələri xatırlamaqda çətinlik çəkə bilər. Bəzi yaşlı insanlar bu çətinlikləri gizlətməyə çalışaraq söhbətin mövzusunu dəyişirlər.

Həkimlər xüsusilə insanın əvvəlki davranışlarından fərqlənən dəyişikliklərə diqqət yetirməyi tövsiyə edirlər. Məsələn, əvvəllər son dərəcə nizam-intizamlı olan bir şəxs qəfil mühüm görüşləri, həkim qəbuluna təyin olunmuş vaxtları və ya gündəlik işlərini unutmağa başlayırsa, bu, narahatlıq üçün əsas ola bilər.

Psixiatr Anatoli Mininin sözlərinə görə, demensiya inkişaf etdikcə insanın gündəlik məişət bacarıqları da zəifləyə bilər. Belə şəxslər yemək hazırlamağı unuda, elektrik cihazlarını söndürməyi yaddan çıxara və özünəqulluq zamanı çətinliklərlə üzləşə bilərlər.

Xəstəliyin daha gec mərhələlərində isə ətraf mühitdə və zamanda istiqaməti itirmə, şübhəçilik, hallüsinasiyalar və nəzərəçarpan apatiya müşahidə oluna bilər.

Mütəxəssislər yaddaş və düşüncə qabiliyyətində nəzərəçarpan dəyişiklikləri yalnız yaşlanma ilə əlaqələndirməməyi, narahatedici simptomlar yarandıqda həkimə müraciət etməyi tövsiyə edirlər.

Onların fikrincə, damar sağlamlığının qorunması, ürək-damar xəstəliklərinə nəzarət və müntəzəm zehni fəaliyyət demensiyanın inkişaf riskinin azaldılmasına kömək edə bilər.

//Gülnarə Abasova, Editor.az