Azərbaycanda insan hüquqları üzrə yeni müvəkkilin (ombudsmanın) seçilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Editor.az APA-ya istinadən xəbər verir ki, məsələ parlamentin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
İclasda “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” məsələ müzakirə olunacaq.
Ombudsmanın seçilməsi ilə bağlı qərarın necə olacağı və namizədin kimliyi isə diqqət mərkəzindədir.

