Hantavirus yayılmış gəmidən onlarla insan təxliyə edildibackend

Hantavirus yayılmış gəmidən onlarla insan təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hantavirusun yayıldığı MV Hondius gəmisindən insanların təxliyəsinin ilk günündə 94 nəfərin gəmini tərk etdiyi bildirilib.

Editor.az xəbər verir ki, bu barədə El Correo qəzetinə istinadən İspaniyanın səhiyyə naziri Monika Qarsiya açıqlama verib.

Nazirin sözlərinə görə, gün ərzində aparılan əməliyyat olduqca intensiv keçib. O bildirib ki, təxliyə olunan 94 nəfər 19 müxtəlif ölkənin vətəndaşı olub.

Monika Qarsiya qeyd edib ki, təxliyə prosesi tamamilə normal qaydada həyata keçirilib. Sərnişinlər müxtəlif reyslərlə öz ölkələrinə göndəriliblər.

İspaniya hakimiyyəti mayın 11-i, bazar ertəsi günü daha altı nəfəri iki təyyarə ilə Avstraliyaya, 18 sərnişini isə Niderlanda göndərməyi planlaşdırır.

//Gülnarə Abasova, Editor.az