Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsdə saxlanılma şəraitinin qeyri-insani olduğunu bildirib.
Editor.az xəbər verir ki, Saakaşvili sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, həbsxanadakı şərait beynəlxalq hüquq normalarına görə işgəncə ilə eyni səviyyədə qiymətləndirilə bilər.
O, saxlanılma şəraitindən narazılığını ifadə edərək hüquqlarının pozulduğunu vurğulayıb.
//Samir Qurbanov, Editor.az

