Tramp: İranın nüvə silahından imtinası rəsmi sənədlərlə təsdiqlənəcəkbackend

Tramp: İranın nüvə silahından imtinası rəsmi sənədlərlə təsdiqlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahından imtina etməsinin gələcəkdə rəsmi sənədlərlə təsbit ediləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində Yaxın Şərqdəki vəziyyəti şərh edərkən danışıb. Onun sözlərinə görə, Tehran heç vaxt nüvə silahına sahib olmayacaq.

“Onlar artıq buna sahib ola bilməzlər. Lakin bu məsələ rəsmi şəkildə sənədlərlə də təsdiqlənəcək”, – deyə ABŞ prezidenti bildirib.

Xatırladaq ki, ötən həftə Donald Tramp ABŞ və İran nümayəndələri arasında avqustun 3-də danışıqların keçiriləcəyini açıqlamışdı. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu məlumatı təkzib edərək bildirib ki, Tehran hazırda Vaşinqtonla heç bir danışıqlar aparmır və yalnız Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı Oman vasitəsilə təmas saxlayır.

//Gülnarə Abasova, Editor.az