Hörmüz boğazı uğrunda yeni savaş? – İrana sensasion təklifbackend

Hörmüz boğazı uğrunda yeni savaş? – İrana sensasion təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hörmüz boğazı ilə bağlı İrana təklif edilən razılaşma ticarət gəmilərinin Fars körfəzinə İranın ərazi sularından daxil olmasını nəzərdə tutur.

Oxu.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin məlumatına görə, təklif olunan razılaşmaya əsasən, gəmilər İran sahilləri yaxınlığındakı dəhlizdən istifadə etməklə Fars körfəzinə daxil olacaq, körfəzdən çıxış isə Omanın ərazi sularından keçən marşrutla həyata keçiriləcək. Çıxış üçün isə rüsum alınmayacaq.

Məlumata görə, Tehran gəmilərin keçidinə görə rüsum toplamaq hüququ, hücumların yenidən başlamayacağına dair zəmanətlər, ABŞ-nin dəniz blokadasının aradan qaldırılması və İran neftinə tətbiq olunan sanksiyaların yumşaldılmasını tələb edib.

ABŞ və Yaxın Şərq ölkələri isə rüsum tələbinə qarşı çıxıb və İrandan təhlükəsizlik zəmanətləri istəyiblər.

Nəşrin məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəzi nümayəndələri vasitəçilərə bildiriblər ki, Tehran boğaza nəzarət hüququ olmadan razılaşmanı qəbul etməyəcək. Onlar, həmçinin İranın zərurət yaranacağı təqdirdə aylarla davam edə biləcək hərbi əməliyyatlara hazır olduğunu bəyan ediblər.