Guardian: Avropa ABŞ-dan asılı olmadan Rusiyaya qarşı müdafiə planı hazırlamalıdırbackend

Guardian: Avropa ABŞ-dan asılı olmadan Rusiyaya qarşı müdafiə planı hazırlamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Rusiyadan gələn təhdidlərə qarşı ABŞ-ın hərbi dəstəyinə arxalanmadan öz müdafiə strategiyasını formalaşdırmalıdır.

Bu barədə The Guardian qəzetində dərc olunan məqalədə siyasi analitik Natali Toççi yazıb.
Müəllif qeyd edir ki, Rusiyanın imperial ambisiyaları Ukrayna ilə məhdudlaşmır və bu, Avropa üçün uzunmüddətli təhlükəsizlik çağırışı yaradır. Onun fikrincə, qitə ölkələri müdafiə sahəsində daha müstəqil siyasət yürütməli və təhlükəsizlik məsuliyyətini öz üzərlərinə götürməlidirlər.

Məqalədə vurğulanır ki, ABŞ-ın Avropanın təhlükəsizliyində rolunun getdikcə azalması fonunda Avropa İttifaqı və digər Avropa dövlətləri hərbi potensialını gücləndirməli, müdafiə sənayesini inkişaf etdirməli və Rusiyaya qarşı vahid müdafiə strategiyası hazırlamalıdır.

//Samir Qurbanov, Editor.az