ABŞ Suriyanı da Rusiya neftindən imtinaya razı saldıbackend

ABŞ Suriyanı da Rusiya neftindən imtinaya razı saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Rusiya neftinin əsas alıcılarından biri olan Suriyanı da idxalı kəskin şəkildə azaltmağa razı salıb.
Reuters agentliyinin danışıqlardan məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Dəməşq Vaşinqtonla aparılan müzakirələr çərçivəsində Rusiyadan neft alışını əhəmiyyətli dərəcədə azaltmağa razılıq verib.

Editor.az xəbər verir ki, mənbələrin sözlərinə görə, bu addım Suriyanın ABŞ-la münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilir. Hazırda Rusiya Suriyanın əsas neft tədarükçüsü olaraq qalır və ölkəyə gündə təxminən 60 min barel xam neft ixrac edir.

Bununla belə, ABŞ rəsmiləri bildiriblər ki, Rusiya neftinin idxalının azaldılması Suriyanın Vaşinqtonun terroru dəstəkləyən dövlətlər siyahısından çıxarılması üçün rəsmi şərt deyil. Lakin Dəməşqin bu istiqamətdə öhdəlik götürdüyü qeyd olunur.

//Samir Qurbanov, Editor.az