ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar fonunda ölənlərin sayı açıqlanıb.
Milli.Az xəbər verir ki, davam edən qarşıdurmalar nəticəsində 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həyatını itirib.
Məlumata görə, müharibənin fevralın 28-dən başlamasından sonra Hörmüz boğazında da bir sıra insidentlər qeydə alınıb.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatına əsasən, boğazda baş verən 64 hadisə nəticəsində ən azı 17 dənizçi həlak olub.

