ABŞ Rusiyanın Müdafiə Nazirliyinin strukturlarına və Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edibbackend

ABŞ Rusiyanın Müdafiə Nazirliyinin strukturlarına və Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyanın Müdafiə Nazirliyinə bağlı bir sıra strukturlara, iki Rusiya şirkətinə və beş Rusiya vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı rəsmi məlumatda bildirilib.
Məlumata görə, sanksiyalar Rusiya Müdafiə Nazirliyinin bir neçə strukturunu, eləcə də iki şirkəti və beş Rusiya vətəndaşını əhatə edir.

Vaşinqton qeyd edib ki, məhdudiyyətlər ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarının qorunması məqsədilə tətbiq olunur.

Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərin ABŞ-dakı aktivləri dondurulur, həmçinin ABŞ vətəndaşlarına və şirkətlərinə onlarla maliyyə və kommersiya əlaqələri qurmaq qadağan edilir.

//Samir Qurbanov, Editor.az