Böyük Britaniyanın paytaxtı Londonda son 155 ildə ilk dəfə olaraq tam bir təqvim ayı ərzində yağış qeydə alınmayıb.
Editor.az xəbər verir ki, Semafor nəşrinin yaydığı məlumata görə, Londondakı Kyu Bağlarında (Kew Gardens) yerləşən və 1871-ci ildən fəaliyyət göstərən meteoroloji stansiyada ilk dəfə bir ay boyunca yağıntı qeydə alınmayıb.
Mütəxəssislər bildirirlər ki, Avropada müşahidə olunan anomal isti hava və quraqlıq iqlim şəraitinə ciddi təsir göstərməkdə davam edir.
Bundan əvvəl Avropanın zeytun yağı istehsalçıları da Yunanıstan, İtaliya, Portuqaliya və İspaniyada davam edən ekstremal istilər, quraqlıq və meşə yanğınları səbəbindən məhsuldarlığın azalacağını, bunun isə payız aylarında zeytun yağının qiymətinin bahalaşmasına gətirib çıxara biləcəyini açıqlamışdılar.
Qeyd edək ki, bu il Avropanın bir sıra ölkələri, o cümlədən İspaniya, Portuqaliya, Fransa, İtaliya və Yunanıstan rekord həddə çatan isti hava dalğaları ilə üzləşib. Bundan əvvəl Avstriyada da yeni temperatur rekordu qeydə alınıb.
//Gülnarə Abasova, Editor.az

