Pistorius: Ukrayna artıq RCH-155 özüyeriyən haubitsalarından istifadə edirbackend

Pistorius: Ukrayna artıq RCH-155 özüyeriyən haubitsalarından istifadə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna Silahlı Qüvvələrinin artıq Almaniya istehsalı olan RCH-155 özüyeriyən artilleriya qurğularından istifadə etdiyini təsdiqləyib.

Nazir bu barədə Kasseldə yerləşən KNDS müdafiə sənayesi müəssisəsinə səfəri zamanı danışıb. Onun sözlərinə görə, RCH-155 sistemləri Ukraynada yüksək qiymətləndirilir. Pistorius bildirib ki, Ukrayna üçün nəzərdə tutulan ilk RCH-155 məhz bu müəssisədən təxminən iki il əvvəl göndərilib. Bununla da o, bu artilleriya sistemlərinin artıq Ukrayna ordusunun silahlanmasında olduğunu təsdiqləyib.

Bildirilib ki, indiyədək yalnız ukraynalı hərbçilərin Almaniyada RCH-155 sistemləri üzrə təlim keçdiyi rəsmi şəkildə açıqlanmışdı. Bu haubitsaların döyüş əməliyyatlarında istifadə olunub-olunmadığı isə hələlik məlum deyil.

//Samir Qurbanov, Editor.az