Ukrayna limanlarının blokadası aqrar sektora 3 milyard dollara qədər zərər vura bilərbackend

Ukrayna limanlarının blokadası aqrar sektora 3 milyard dollara qədər zərər vura bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dəniz limanlarının blokadası Ukraynanın bu il üçün proqnozlaşdırılan taxıl və yağlı bitkilər ixracının təxminən yarısını risk altına salıb.

Editor.az xəbər verir ki, bu barədə Reuters agentliyinə müsahibəsində Ukraynanın kənd təsərrüfatı naziri Taras Vısotski bildirib. Onun sözlərinə görə, limanların blokadaya alınması nəticəsində ölkənin aqrar sektoru üçün birbaşa maliyyə itkiləri 1,5–3 milyard ABŞ dolları arasında qiymətləndirilir.

Nazir qeyd edib ki, hökumət ixracın davamlılığını təmin etmək məqsədilə alternativ logistika marşrutlarından istifadəni genişləndirsə də, dəniz limanlarının fəaliyyətindəki məhdudiyyətlər kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxışına ciddi təsir göstərir.

//Samir Qurbanov, Editor.az