Ordumuzla üzbəüz döyüş mövqeyində şok – Erməni hərbçi heyrətləndirdibackend

Ordumuzla üzbəüz döyüş mövqeyində şok – Erməni hərbçi heyrətləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təlimlərə çağırılmış biri kimi iyunun 19-da döyüş mövqelərinə qalxdıq”.

Bunu Ermənistanın “Hetq” nəşri 25 günlük təlim toplanışında iştirak edən erməni hərbçiyə istinadən yazıb.

O, Ermənistan ordusunun döyüş mövqeləri ilə bağlı sensasion faktları açıb:

“Mövqelərə getməzdən əvvəl bizi Ermənistan Müdafiə Nazirliyinin son vaxtlar fəal şəkildə reklam etdiyi fortifikasiya qurğuları ilə tanış etmişdilər. Əsgərlərin bir qismi səmimi şəkildə düşünürdü ki, biz də buna bənzər təchizata malik mövqelərdə döyüş növbətçiliyi aparacağıq. Lakin acı reallıq budur ki, cəbhə xəttində yerləşən və elə bu dəqiqə də əsgərlərin növbə çəkdiyi döyüş mövqeləri reklam edilən fortifikasiya qurğularına bənzəmir.

Bizim mövqeyimiz qarşı tərəfin birbaşa nişangahında idi. Orada nə sığınacaq, nə bunker, nə də artilleriya zərbələrindən qorunmaq üçün adi səngər çuxurları var idi. Mümkün hücum zamanı oradan sağ çıxmaq mümkünsüz olardı.

Mövqeyimizdə heç bir iriçaplı silah yox idi, hətta “Kalaşnikov” pulemyotumuz da yox idi. Bunun əvəzində həmin pulemyotlar üçün nəzərdə tutulmuş patronlarımız vardı. Qumbaraatanımız da yox idi, amma qumbaraatan mərmilərimiz vardı. Təəccüblüdür ki, mövqedə AK-74 üçün nəzərdə tutulan 5,45 mm-lik patronlar da vardı, amma AK-74 avtomatlarımız yox idi.

Qarşımızda yerləşən Azərbaycan mövqeyi təxminən 150 metr məsafədə idi. Bəzən gecələr azərbaycanlılar böyük fənərlə üzərimizə işıq salırdılar.

25 günlük təlim toplanışı zamanı bizə həvalə edilmiş mövqelərdə gördüklərimin hamısı ordunun problemlərinin dərin və sistemli olduğunu göstərir. Bizə bu gün elə indi təhlükəsiz səngərlər, düzgün bölüşdürülmüş ştatlar və adi silah yağı lazımdır.

Sonda bir “kiçik detal” haqqında: bizə həvalə edilmiş mövqelərin heç birində odun doğramaq üçün balta belə yox idi, halbuki yüksəklikdə hava soyuq idi”.

Globalinfo.az