Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətində əks-hücum əməliyyatları həyata keçirərək Rusiya ordusunun irəliləməsinin qarşısını alıb.
ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatına görə, avqustun əvvəlindən etibarən Rusiya qüvvələri Kupyansk istiqamətində hücum əməliyyatlarını davam etdirsə də, əhəmiyyətli irəliləyiş əldə edə bilməyib.
Analitiklərin qiymətləndirməsinə əsasən, buna səbəb Ukrayna ordusunun bölgədə həyata keçirdiyi əks-hücumlar və müdafiə tədbirləri olub. Hesabatda qeyd edilir ki, Ukrayna qüvvələri bəzi sahələrdə təşəbbüsü ələ alaraq Rusiya qoşunlarının hücum tempini zəiflədib.
ISW vurğulayır ki, Kupyansk istiqamətində döyüşlər yüksək intensivliklə davam edir və tərəflər mövqelər uğrunda mübarizəni gücləndirirlər.
//Samir Qurbanov, Editor.az

