ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın vaxtlarda yenidən tam fəaliyyət göstərəcəyini bildirib. O xəbərdarlıq edib ki, əgər bu baş verməsə, İrana qarşı güclü hərbi zərbə endiriləcək.
Editor.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
“Hörmüz boğazı çox tezliklə açılacaq. Əks halda onlara (İrana) güclü zərbə endiriləcək və bundan sonra boğaz açılacaq”, – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, The New York Times qəzeti avqustun 4-də İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin bərpasına dair razılaşmanın əldə olunmasına yaxın olunduğunu yazmışdı. Məlumata görə, plan gəmilərin Fars körfəzinə daxil olarkən İran sahilləri, çıxarkən isə Oman sahilləri boyunca hərəkət etməsini nəzərdə tutur. Həmçinin boğazdan keçid üçün ekoloji təhlükəsizlik və kommersiya gəmilərinin mühafizəsi məqsədilə xidmət haqqının tətbiqi planlaşdırılır və əldə ediləcək gəlirin Tehranla Maskat arasında bərabər bölüşdürülməsi nəzərdə tutulur.
//Gülnarə Abasova, Editor.az

