İspaniyada dəhşətli qatar qəzası: Ölənlər var, dəmir yolu hərəkəti dayandırıldıbackend

İspaniyada dəhşətli qatar qəzası: Ölənlər var, dəmir yolu hərəkəti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada Madrid və Əndəlüs istiqamətində hərəkət edən iki sürətli sərnişin qatarının toqquşması nəticəsində azı 10 nəfər həyatını itirib. Qəza ilə bağlı ilkin məlumatlar ölkədə dəmir yolu nəqliyyatında ciddi fasilələrə səbəb olub.

İspaniyanın rəsmi EFE xəbər agentliyinin məlumatına görə, hadisə yerli vaxtla saat 08:54-də, Toledo şəhəri yaxınlığındakı Los Yebenes ərazisində baş verib.

112 təcili yardım xidmətinin mənbələrinin bildirdiyinə görə, toqquşma nəticəsində qatarlardan iki vaqon yamacdan aşağı yuvarlanıb. Qəza zamanı azı 10 nəfərin öldüyü açıqlanıb.

İlkin məlumatlara əsasən, hadisə Madrid şəhərindən Sevilyaya doğru hərəkət edən Renfe şirkətinə məxsus sürətli qatarla əks istiqamətdə hərəkət edən Iryo şirkətinin qatarının toqquşması nəticəsində baş verib.

Qəza səbəbindən Madrid, Syudad-Real və Əndəlüs arasında qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hadisənin bütün təfərrüatları, eləcə də xəsarət alanların sayı ilə bağlı əlavə məlumat təqdim edilməyib.

\\ Aydan Bünyatova, Editor.az