Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib.
Editor.az xəbər verir ki, Ermənistan mediasının xəbərinə görə, layihəni Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan təqdim edib.
Qanunverici orqanda bu təşəbbüsü 63 deputat dəstəkləyib, 32 parlamentari isə sənədin əleyhinə səs verib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

