Çanaqqalada qeyri-adi dələduzluq hadisəsi baş verib.
Editor.az-ın “Haberler.com” a istinadən verdiyi məlumata görə, yaşlı kişiləri evlənmək vədi ilə aldadaraq 5 milyon lirədən çox pulunu mənimsəyən qadın axtarılır.
Şəhərin kabusu olan qadının xüsusilə həyat yoldaşı ölən və ya boşanan kişilər üçün tələ qurduğu müəyyən edilib. Özündən 20-30 yaş böyük kişiləri emosional yollarla heyran edən dələduz xanım eyni zamanda onların əmlakını etibarnamə vasitəsi ilə ələ keçirərək üçüncü şəxslərə satır. Qadının 20-dən artıq şəxsi aldatması müəyyən edilib. Hal hazırda polis həmin qadını axtarır
//Editor.az

