Hikmət Hacıyev: “Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir”backend

Hikmət Hacıyev: “Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb.

Editor.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciətində bildirib.

Onun sözlərinə görə, Qarabağın şəhərləri ilə xarici şəhərlər arasında beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir: “Mən şəhərləri və yaşayış məntəqələri Qarabağ şəhərləri ilə qardaşlıq münasibətləri quran bütün tərəfdaşlarımıza və dost ölkələrə minnətdaram”.

H.Hacıyev, şəhərlər arasında birbaşa əlaqələrin inkişaf etdirilməsinin, təcrübə və bilik mübadiləsinin vacibliyini vurğulayıb.

O, həmçinin bildirib ki, bu yaxınlarda Rumıniyaya səfər təşkil olunub və orada Rumıniya şəhərləri ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün ilk əlaqələr qurulub.