Nepaldakı fəlakət ABŞ-də təkrarlana bilər – Alimlərdən şok proqnozbackend

Nepaldakı fəlakət ABŞ-də təkrarlana bilər – Alimlərdən şok proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Geoloji Xidmətinin (USGS) vulkan rəsədxanasının nümayəndəsi Holli Vays-Rasin bildirib ki, Vaşinqton ştatındakı Reynir vulkanı ərazisində bu yaxınlarda Nepalda fəlakətə səbəb olan hadisələrə bənzər dağıdıcı dağ selinin yaranması təhlükəsi mövcuddur.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Laxarlar (vulkanların yamaclarında vulkanik materialın – külün, pemzanın, süxur parçalarının su ilə qarışması nəticəsində əmələ gələn güclü palçıq axınları – red.) yayılma məsafəsinə və dağıdıcı gücünə görə Kaskad dağlarında ən təhlükəli vulkanik hadisə hesab olunur… Reynir vulkanının laxar təhlükəsi olan zonalarında 90 mindən çox insan yaşayır, fəsadlar isə milyonlarla insana təsir göstərə bilər”, – deyə o qeyd edib.

ABŞ Geoloji Xidmətindən vurğulanıb ki, son 6 min il ərzində vulkandan ən azı 11 böyük laxar axını baş verib və onların hamısı Pyudcet-Saund ovalığına qədər çatıb.

Xatırladaq ki, avqustun 26-da Nepalda genişmiqyaslı qəfil daşqın baş verib. Buna Tibet ərazisində Lxende çayının yatağını bağlayan zəlzələ və torpaq sürüşməsi səbəb olub. Yaranmış təbii bəndin yarılması Bhote-Koşi çayında suyun səviyyəsinin kəskin qalxmasına gətirib çıxarıb. Son məlumatlara əsasən, 5 130-a yaxın insan itkin düşmüş hesab olunur, 1 367 nəfər isə təbii fəlakətin qurbanı olub.