Rusiyada kommersiya təyinatlı beşinci nəsil (5G) şəbəkələri istifadəyə verilib.
Editor.az-ın xəbərinə görə, ilkin mərhələdə yeni xidmətlər 16 şəhərdə fəaliyyətə başlayıb.
Bu barədə sentyabrın 11-də Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, ilkin mərhələdə 5G xidmətləri 16 şəhərdə işə salınıb və təxminən 10 milyon insan yüksəksürətli beşinci nəsil mobil internetə çıxış əldə edib.
Bu ilkin mərhələdə 5G xidmətləri Moskva, Sankt-Peterburq, Böyük Novqorod, Volqoqrad, Yekaterinburq, Kazan, Krasnodar, Krasnoyarsk, Nijni Novqorod, Novosibirsk, Perm, Samara, Tver, Ufa, Çelyabinsk və Yaroslavl şəhərlərində istifadəyə verilib.
//Dəniz Pənahova, Editor.az

