Üç aylıq körpə ailəsi ilə düşərgədə olarkən ölübbackend

Üç aylıq körpə ailəsi ilə düşərgədə olarkən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada üç aylıq qız uşağı ailəsi ilə birlikdə düşərgədə istirahət edərkən qəfil həyatını itirib.

Editor.az xəbər verir ki, hadisə Staffordşirdə meşəlik ərazidə, göl yaxınlığında yerləşən çadır düşərgəsində baş verib. Ailə gecələmək üçün ərazidə məskunlaşıb. Bir müddət sonra valideynlər körpənin vəziyyətində problem olduğunu müəyyən ediblər.

Hadisə yerinə təcili tibbi yardım və sanitar aviasiya briqadası cəlb olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, körpəni xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, uşağın ürəyi dayanıb.

Körpənin ölümünün dəqiq səbəbi hələlik müəyyən edilməyib. Məlumata görə, uşağın əvvəllər hər hansı sağlamlıq problemi olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır və körpənin ölümünə səbəb olan amillər müəyyənləşdirilir.

//Gülnarə Abasova, Editor.az