Xankəndidə yaşayan əhalinin sayı açıqlandıbackend

Xankəndidə yaşayan əhalinin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Xankəndi şəhərində 28 mindən çox insan yaşayır. Onlar arasında dövlət və özəl sektorda çalışanlar, tələbələr və “Böyük Qayıdış” proqramı çərçivəsində mərhələli şəkildə doğma yurdlarına qayıdan ailələr var”.

Editor.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndidə səfərdə olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə deyib.

Xankəndidə yaşayan əhalinin sayı açıqlandı

Xüsusi nümayəndə qeyd edib ki, Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin sakinlərinin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə davam edir. Kərkicahan qəsəbəsində yaşayış evlərinin bərpası ilə yanaşı, şəhərdə yeni yollar salınır, binalar yenidən qurulur, müasir infrastruktur yaradılır.

Hazırda Xankəndidə 3 mindən çox tələbənin təhsil aldığını bildirən Elçin Yusubov onların şəhər əhalisinin təxminən 10 faizini təşkil etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Xankəndidə aparılan bütün işlər şəhərin Baş Planına uyğun həyata keçirilir. Şəhərin ümumi memarlıq görünüşünə uyğun olmayan tikililər sökülür, onların yerində müasir tələblərə cavab verən yeni binalar və obyektlər inşa olunur. E.Yusubov vurğulayıb ki, Xankəndidə hazırda bir sıra iri layihələr həyata keçirilir. Görülən işlər nəticəsində şəhərin infrastrukturu yenilənir, yeni yaşayış və ictimai məkanlar yaradılır, sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hərtərəfli şərait formalaşdırılır.

Qeyd olunub ki, həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri nəticəsində Xankəndi şəhəri müasir görkəm alır və yeni inkişaf mərhələsinə qədəm qoyur.