UEFA əmsallar cədvəli: “Sabah”ın məğlubiyyəti reytinqə necə təsir etdi?backend

UEFA əmsallar cədvəli: “Sabah”ın məğlubiyyəti reytinqə necə təsir etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan UEFA əmsallar cədvəlində həftəni 25-ci pillədə başa vurub.

Editor.az xəbər verir ki, cədvəl UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turun oyunlarında qeydə alınan nəticələrdən sonra yenilənib.

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olması Azərbaycanın reytinq xalına təsir etməyib.

Azərbaycanın aktivində 23.687 xal qalıb. Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 xalı var. Bir pillə öndə – 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23.875-ə bərabərdir.

Qeyd edək ki, UEFA reytinqinə 103.130 xalla İngiltərə başçılıq edir.