Hacıqabulda dəhşət: Rəis müavini faciəli şəkildə öldübackend

Hacıqabulda dəhşət: Rəis müavini faciəli şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Qarasu kəndində dəmiryol xəttinin ərazisində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədov ərazidə yerləşən transformatorda ehtiyatsız davranıb və onu yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Məlumata görə, Davud Məmmədov “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Hacıqabul rayonun ərazisindəki elektrik müəssisəsinin rəis müavini imiş.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.