İranın da cəlb olunduğu hərbi toqquşmalar əmirliyin öz müştərilərini təchiz etmək imkanlarını pozduğu üçün Qətər ABŞ təchizatçılarından mayeləşdirilmiş təbii qaz (LNG) almaqla bağlı danışıqlar aparıb.
Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, “Qətər uzunmüddətli sazişlər çərçivəsində ABŞ təchizatçılarından mayeləşdirilmiş təbii qaz almaq üçün danışıqlar prosesindədir”.
Dövlət şirkəti olan “QatarEnergy” həm mövcud ABŞ obyektlərindən, həm də hazırda tikilməkdə olan obyektlərdən təchizatla maraqlanır. Doha bu yolla yanacaq təchizatı mənbələrini şaxələndirməyi hədəfləyib.
//Dəniz Pənahova, Editor.az

