Moskvada Azərbaycan Səfirliyinin qonaq evi önündə TƏXRİBAT – Videogörüntülər YAYILDIbackend

Moskvada Azərbaycan Səfirliyinin qonaq evi önündə TƏXRİBAT – Videogörüntülər YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 27-si günorta saatlarında Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evinin qarşısında təxribat törədilib.

Sosial şəbəkələrdə hadisə anına dair videogörüntülər yayılıb.

Kadrlardan görünür ki, kimliyi bəlli olmayan şəxslər binanın qarşısına Azərbaycan əleyhinə yönəlmiş təxribat xarakterli fotolar yerləşdiriblər.

Baş verənlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi kəskin etiraz bəyanatı ünvanlayıb.

Rəsmi Bakı Rusiya Federasiyasının aidiyyəti dövlət qurumlarından bu hüquqazidd əmələ dərhal lazımi hüquqi qiymət verilməsini, insidentin təfərrüatlı şəkildə araşdırılmasını və gələcəkdə analoji halların yaşanmaması üçün qətiyyətli tədbirlərin görülməsini tələb edib.

Musavat.com