İspaniyada qatar qəzası: 64 nəfərdən xəbər yoxdurbackend

İspaniyada qatar qəzası: 64 nəfərdən xəbər yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşmasından sonra onlarla insanın taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Qəza ilə əlaqədar itkin düşdüyü bildirilən şəxslərlə bağlı 64 müraciət qeydə alınıb.

Editor.az-ın İspaniyanın “El País” nəşrinə istinadən verdiyi məlumata görə, Mülki Qvardiya Urda yaşayış məntəqəsi yaxınlığında baş verən hadisədən sonra itkin düşən şəxslərlə bağlı daxil olan müraciətləri araşdırır.

Müraciət edənlər qəzaya uğrayan qatarlarda olduğu bildirilən və hazırda yaxınları ilə əlaqə saxlamaq mümkün olmayan sərnişinlərin ailə üzvləridir. Məsələnin araşdırılması və itkin düşən şəxslər barədə məlumatların dəqiqləşdirilməsi üçün xüsusi bölmə yaradılıb.

Xatırladaq ki, oktyabrın 28-də İspaniyanın Toledo əyalətində iki sərnişin qatarı toqquşub. İlkin məlumatlara əsasən, hadisə nəticəsində azı 68 nəfər həyatını itirib, çox sayda insan xəsarət alıb.

Qəzanın səbəbləri ilə bağlı ilkin ehtimallar arasında hərəkətin idarəetmə sistemindəki nasazlıqdan sonra insan amilinin rol oynaması da göstərilir. Hadisənin bütün təfərrüatlarının araşdırılması davam edir.