Kamçatkada daha bir güclü zəlzələ baş verdibackend

Kamçatkada daha bir güclü zəlzələ baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamçatkada 5.8 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Oxu.Az bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadla xəbər verir.

Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 94 km məsafədə, Sakit okean akvatoriyasında yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, sentyabrın 19-da Kamçatkanın şərq sahillərində 7.8 maqnitudalı zəlzələ baş verib. Bundan sonra gün ərzində 5 və 5.5 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.