“Sülh üçün bunu edəcəyəm” — Zelenski Putinlə görüşə hazır olduğunu açıqladıbackend

“Sülh üçün bunu edəcəyəm” — Zelenski Putinlə görüşə hazır olduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinlə qarşı-qarşıya əyləşmək həyatımın ən yaxşı günü olmayacaq” — Zelenski

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sülhün əldə olunması və müharibənin dayandırılması naminə Rusiya lideri Vladimir Putinlə masaya əyləşməyə hazır olduğunu bəyan edib.

Ukrayna lideri nəticə naminə bu addımı atacağını vurğulayıb:

“Putinlə qarşı-qarşıya əyləşmək həyatımın ən yaxşı günü olmayacaq. Lakin nəticə naminə, sülhü yaxınlaşdırmaq üçün mən bunu edəcəyəm. Ukrayna heç bir ilkin şərt olmadan atəşkəsin təmin olunmasına və diplomatiyaya keçid etməyə hazırdır”.