Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident Robert Koçaryanın oğlu, parlamentin müxalif “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Levon Koçaryanın mənzilində axtarış tədbirlərinə başlayıblar.
Bu barədə məlumatı sosial şəbəkə hesabında “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan yayıb.
“Səhər saat 7 radələrində hüquq-mühafizə orqanlarının nümayəndələri parlamentin deputatı Levon Koçaryanın evinə basqın ediblər. Bu barədə göstəriş birbaşa parlamentin tribunasından verilib”, – deyə müxalif deputat bildirib./Oxu.az

