Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Fransa Hərbi Dəniz Qüvvələri Rusiyanın “kölgə donanması”na daxil olan “Deliver” tankerini saxlayıb.
Makronun sözlərinə görə, gəmi Sicily sahilləri yaxınlığından keçərkən beynəlxalq dəniz hüququnun tələblərini pozub. Bu səbəbdən Fransa hərbçiləri tərəfindən ona qarşı tədbir görülüb.
Fransa lideri vurğulayıb ki, Paris Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmaq üçün istifadə edildiyi iddia olunan “kölgə donanması”na qarşı mübarizəni davam etdirəcək. O, bu cür gəmilərin beynəlxalq təhlükəsizlik və dəniz naviqasiyası üçün risk yaratdığını qeyd edib.
Qeyd edək ki, “kölgə donanması” adlanan tanker şəbəkəsinin Rusiyanın neft ixracını sanksiyalardan yan keçərək həyata keçirmək üçün istifadə olunduğu iddia edilir. Bu səbəbdən Avropa ölkələri son aylarda belə gəmilərə nəzarəti gücləndiriblər.
//Samir Qurbanov, Editor.az

