ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru William J. Burns Qəzzadakı məhbuslarla bağlı siyasətçilər və kəşfiyyat rəsmiləri ilə görüşmək üçün İsrailə gəlib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Burns Qəzzada israilli məhbusların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün İsrail, Misir, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi bəzi Yaxın Şərq ölkələrini əhatə edən regional tura çıxıb.
İsraildə Milli Kəşfiyyat Xidmətinin Mossad direktoru David Barnea ilə görüşüb. MKİ direktorunun bu gün İsrailin baş naziri Binyamin Netanyahu ilə də görüşü gözlənilir.
Qeyd edək ki, İsrail ordusu HƏMAS-ın oktyabrın 7-də başlatdığı hərtərəfli hücumlar nəticəsində Qəzza zolağında 242 israilli məhbus olduğunu bildirib.
//Səbinə Hüseynli, Editor.az

