Almaniya kansleri Friedrich Merz Avropa İttifaqının Ukraynanın üzvlük prosesi çərçivəsində ilk danışıqlar klasterini açmasının vacibliyini bildirib.
O bu fikri Macarıstanın baş naziri Peter Magyar ilə keçirilən birgə mətbuat konfransı zamanı səsləndirib.
Merz Macarıstanın Ukraynada yaşayan macar azlığı ilə bağlı narahatlıqlarını anladığını qeyd etsə də, vurğulayıb ki, ikitərəfli məsələlər Aİ üzvlük danışıqlarından ayrı şəkildə həll olunmalıdır.
Qeyd edək ki, Ukraynanın Avropa İttifaqına üzvlük prosesi hazırda müxtəlif siyasi və hüquqi mərhələlər üzrə davam edir.
//Samir Qurbanov, Editor.az


