Ukrayna dronlarının hücumundan sonra “LUKOIL”un ən böyük NEZ-i fəaliyyətini dayandırdıbackend

Ukrayna dronlarının hücumundan sonra “LUKOIL”un ən böyük NEZ-i fəaliyyətini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “LUKOIL-Nijeqorodnefteorqsintez” (NORSI) neft emalı zavodu Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra neft emalını dayandırıb.

The Moscow Times nəşrinin məlumatına görə, zərbə nəticəsində zavodun fəaliyyəti iflic olub və müəssisə müvəqqəti olaraq istehsalı dayandırmağa məcbur qalıb.
Qeyd edək ki, NORSI Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olmaqla yanaşı, “LUKOIL”un əsas istehsal obyektlərindən hesab olunur.

Hadisə ilə bağlı Rusiya rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

//Samir Qurbanov, Editor.az