Gitanas Nausėda bildirib ki, NATO üzvü olan ölkələr müdafiə xərcləri üzrə alyansın müəyyən etdiyi hədəflərə əməl etməsələr, bu, təşkilatın birliyini ciddi şəkildə sarsıda və hətta gələcəkdə parçalanma riskini artıra bilər.
Politico nəşrinin məlumatına görə, Nauseda vurğulayıb ki, alyansın gücü onun üzvlərinin kollektiv öhdəliklərinə sadiqliyindən asılıdır. Onun fikrincə, müdafiə xərclərinin artırılması NATO-nun etibarlılığının və təhlükəsizliyinin qorunması üçün vacib şərtdir.
Litva liderinin bu açıqlaması NATO ölkələrinin müdafiə büdcələrinin artırılması ilə bağlı davam edən müzakirələr fonunda səsləndirilib.
//Samir Qurbanov, Editor.az

